Fransada Azərbaycana qarşı TƏXRİBAT – FOTObackend

Fransada  Azərbaycana qarşı TƏXRİBAT - FOTO

Fransada ermənilər Azərbaycana qarşı təxribat törədiblər. Şəhər meydanlarından birinə Ermənistanın adı verilib və mərasim təşkil olunub.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Fransanın Klermon-Ferran şəhərindəki meydanlardan birinə qondarma “erməni soyqırımı”nın tanınması üçün “Ermənistan” adı verilib.

Bu hadisəyə həsr olunmuş tədbirdə Qarabağda məskunlaşan separatçıların qondarma əski parçası dalğalandırılıb.

Qeyd edək ki, Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədridir.

Yəqin ki, qondarma əski parçası ilə bağlı Azərbaycan XİN Fransadan izahat tələb edəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*