Fransada bütöv bir yarımada boşalıdılırbackend

Fransada bütöv bir yarımada boşalıdılır

Fransa hakimiyyəti ölkənin cənub-qərb sahillərində yerləşən Kap-Ferre (Cap-Ferret) yarımadasının tam təxliyə edilməsi barədə qərar verib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Jirond (Gironde) bölgəsində geniş ərazini bürüyən güclü meşə yanğınları on minlərlə sakin və turistin xilas yollarının alov tərəfindən bağlanması təhlükəsini yaradıb.

Rəsmi məlumatlara görə, ilin əvvəlindən bəri ümumilikdə 50 min hektar (500 kvadratkilometr) ərazi yanaraq məhv olub. Bu, təxminən Paris böyüklüyündə beş şəhərin yerləşə biləcəyi əraziyə bərabərdir. Nazir Bruno Rötayo (Bruno Retailleau) bildirib ki, ötən illə müqayisədə yanğınların əhatə etdiyi sahə üç dəfə artıb.

Ötən həftə Paris özü də yanğın təhlükəsi ilə üz-üzə qalmışdı. Paytaxtın cənubunda yerləşən Fontenblo (Fontainebleau) meşəsində güclü yanğın baş vermişdi.

Qonşu İspaniyada da meşə yanğınları Madrid yaxınlığındakı bir neçə rayonu əhatə edib. İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, yanğınlar minlərlə hektar ərazidə davam edir və çoxsaylı yaşayış məntəqələri üçün ciddi təhlükə yaradır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*