Uşakov Zelenskini Moskvaya dəvət etdi backend

Uşakov Zelenskini Moskvaya dəvət etdi 

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlar aparmaq üçün Moskvaya dəvət edib.

KONKRET.az xəbər verir ki, Uşakov bu barədə jurnalist Pavel Zarubinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Zelenski Rusiya lideri ilə görüşmək və danışmaq istəyirsə, bunun üçün Moskvaya gələ bilər.

“Axı o, müxtəlif mənbələr vasitəsilə siqnallar göndərir. Danışmaq istəyirsə, bu qədər danışmaq arzusundadırsa, qoy gəlsin”, – deyə Uşakov vurğulayıb.

Qeyd edək ki, Moskvanın bu açıqlaması Rusiya və Ukrayna arasında mümkün danışıqların yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edir.

Günay Əli 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*