Polşada siyasi qarşıdurma böyüyür – Bunun arxasında Rusiya var?backend

Polşada siyasi qarşıdurma böyüyür - Bunun arxasında Rusiya var?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşada baş verən siyasi böhranda Rusiyanın izinin olduğu barədə səsləndirilən fikirlərə ironik münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Medvedev bu barədə sosial şəbəkə X-də paylaşım edib.

O, paylaşımında ABŞ-dakı seçkilərə müdaxilə, İspaniyadakı miqrasiya böhranı və Polşadakı konstitusiya böhranı ilə bağlı Rusiyanın ittiham edilməsini eyni kontekstdə təqdim edib.

“Bu nəqarəti sevirəm! ABŞ-da seçkilər? Ruslardır! İspaniyada miqrantlar? Ruslardır! Polşada konstitusiya çevrilişi? Əlbəttə, ruslardır! Təşəkkürlər! Bizi gücümüzdən başqa heç nə birləşdirmir! Qalanını isə özünüz bilirsiniz… irəli gedirik!” – deyə Medvedev yazıb.

Qeyd edək ki, Polşada siyasi böhran Baş nazir Donald Tuskun Konstitusiya Məhkəməsinə öz hökumətinin keçmiş üzvü Maçey Berekin hakim təyin edilməsi qərarından sonra daha da kəskinləşib. Məhkəmənin binası qarşısında etiraz aksiyaları keçirilib, oktyabrın 31-nə keçən gecə isə etirazçılar polis səddini aşmağa cəhd ediblər.

Polşanın Baş naziri Donald Tusk oktyabrın 31-də xalqa müraciətində böhranın arxasında Rusiyanın dayana biləcəyini iddia edib.

Günay Əli 

KONKRET.az 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*