Fransada Rusiya hakimiyyətinin ən güclü təbliğat resursu BAĞLANDIbackend

Fransada Rusiya hakimiyyətinin ən güclü təbliğat resursu BAĞLANDI

“RT France” telekanalı bağlandığını elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə telekanal dərc etdiyi press-relizdə məlumat verilib.

“5 illik inadkar mübarizədən sonra hakimiyyət öz məqsədinə – “RT France”ın bağlanmasına nail olub”, – press-relizdə yazılıb.

Qeyd edək ki, Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələş ingilisdilli xəbər kanalına “RT International”, “RT Arabic”, “RT en Español”, “RT France”, “RT DE” telekanalları, həmçinin ingilis dilində “RT Documentary” və rus dilində “RT Doc” kanalları daxildir.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra kanalın yayımına Avropa İttifaqında və əksər Qərb ölkələrində məhdudiyyət qoyulub. Məlumat üçün əlavə edək ki, “Russia Today” telekanalının rəhbəri Marqarita Simonyandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*