Fransanın keçmiş prezidenti Nikolya Sarkozi seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə ittiham olunur. Hətta onun seçki kampaniyası zamanı Liviyanın keçmiş lideri Müəmmər Qəddafidən maliyyə yardımı aldığı da bildirilir.
KONKRET.az “Frans Press”ə isrinadən xəbər verir ki, Sarkozi bu iddiaları təkzib edib: “Özünüzü yormayın. Siz mənim kampaniyama ayrılan büdcədə heç vaxt bir dənə də Liviya senti tapa bilməyəcəksiniz. Kampaniya zamanı korrupsiya pulu olmayıb, çünki namizəd heç vaxt rüşvət almayıb”. Yanvarın 6-da Parisdə 2007-ci il prezident seçkilərində kampaniyanın qanunsuz maliyyələşdirilməsi işi üzrə dinləmələr başlayıb. Keçmiş prezidentlə yanaşı müttəhimlər kürsüsündə 12 müttəhim var. 69 yaşlı Sarkozinin günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs və 375 min avroya qədər cərimə gözləyir.
Vəli Həsənoğlu,
KONKRET.az