“Fransanın Sent-Etyen Şəhər Şurası Höküməti “Artsax”ın müstəqilliyini tanımağa çağırıb”.
KONKRET.az xəbər verir ki, bu məlumatı Ermənistanın Fransadakı səfirliyinə istinadən erməni mətbuatı yayıb. Məlumatda deyilir ki, Şəhər Şurasının qərarında həmçinin, Fransa hökumətini qətiyyətlə hərəkət etməyə, bölgədəki mülki şəxslərin təhlükəsizliyinə zəmanət verməyə və hər hansı bir silahlı qarşıdurmaya yol verməməyə çağırış var. Bundan əlavə, bütün anlaşmaların pozulması və problemin mərhələli həllinə qayıdılması tələbi Şəhər Şurasının qərarında yer alıb.
Şəhər şurası eyni zamanda müharibədən təsirlənən mülki əhaliyə kömək məqsədi ilə Fransanın Erməni Fonduna 30.000 avro ayırmağa qərar verib.
Surxay Atakişiyev,
KONKRET.az

Bu terroru dəstəkləyən alçaq fransa əvvəlcə öz keçmişinə baxsın.Əlcəzairdə Ruanda da soyqırım etdilər. Afrikada ölkələrin əksəriyyətini iflic ediblər.
Bu tülkülər 1992-ci illərdə niyə səsini çıxartmırdı. Xocalı Soyqırımını görmürdülər? Hələ bunlar guya səviyyəsiz minsk qrupunun həmsədr ölkəsidir. ermənilər də soyqırımı elə fransadan öyrəniblər. Fransa ilə bütün müsəlman ölkələrinin və Türk dünyasının bütün əlaqələri kəsilməlidir. Terrora dəstək verən ölkə özü elə terror dövlətidir. əsas səbəd də odur ki fransada 500 min erməni yaşayır.
Bu şərəfsiz fransızlar onlarda səs almaq üçün belə edirlər.