Füzulidə AĞIR QƏZA – 3 avtomobil toqquşdu, 2 nəfər öldü, 6 nəfər yaralandıbackend

Füzulidə AĞIR QƏZA - 3 avtomobil toqquşdu, 2 nəfər öldü, 6 nəfər yaralandı

Füzulidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Qayıdış-1 qəsəbəsi ərazisində Böyük Bəhmənli kənd sakini Asim Hüseynovun idarə etdiyi “QAZel”, Beyləqan rayon sakinləri C.Camalovun idarə etdiyi “VAZ-21154” və V.Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində A.Hüseynov və sərnişini Səxavət Səfixanov hadisə yerində ölüb, digər sürücülər və 4 sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*