G20 Sammiti başlayırbackend

G20 Sammiti başlayır

G20 ölkələri liderlərinin zirvə toplantısına Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək. Ancaq pandemiya səbəbindən Sammit ilk dəfə onlayn rejimdə keçiriləcək. Əsas müzakirə məsələsi isə koronavirusa qarşı peyvəndlərin kütləvi istehsalı olacaq.

KONKRET.az xəbər verir ki, pandemiya səbəbindən onlayn rejimində keçiriləcək Sammit 2 gün davam edəcək. 2 gün ərzində ölkələrin liderləri koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması, peyvəndlərə universal çıxışın təmin edilməsi, səhiyyə sisteminin gücləndirilməsi, dünya iqtisadiyyatının bərpası, məşğulluq və beynəlxalq ticarət məsələlərini müzakirə edəcəklər. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib ki, G20 üzvlərindən olan Avropa Birliyi bu iclas zamanı bütün dünya üçün əlverişli koronavirus peyvəndlərinin kütləvi istehsalının təmin edilməsi məsələsini qaldıracaq. BMT baş katibi Antonio Guterres də Sammitə qatılacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*