Gələn aydan radiatorun ömrünü uzatmaq üçün bunu edinbackend

Gələn aydan radiatorun ömrünü uzatmaq üçün bunu edin

Yay mövsümündən sonra avtomobilin radiatorunu üzərinə yığılmış həşərat qalıqlarından təmizləmək vacibdir. 

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bunu avtomobil məsələləri üzrə ekspert Dmitri Popovun sözlərinə görə, bu qalıqlar yüksək rütubətdə kiflənə, radiatorun hava axınını zəiflədərək soyutma sisteminin işinə mənfi təsir göstərə bilər.

Ekspert radiatorun sentyabr ayında yuyulmasını məsləhət görür. Təmizləmə zamanı radiatorun nazik borularına zərər verməmək üçün yüksəktəzyiqli su ehtiyatla və aşağı gücdə istifadə olunmalıdır.

Bundan əlavə, yaydan sonra hava filtrlərinin vəziyyəti yoxlanılmalı, çirklənmə çoxdursa dəyişdirilməlidir. Ön şüşənin də sabunlu su ilə yuyularaq həşərat izlərindən tam təmizlənməsi tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*