2022-ci ildə fəsillərin Azərbaycana daxil olma vaxtı açıqlanıb.
KONKRET.az Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadla 2022-ci ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edir:
Yaz fəsli – yaz gecə-gündüz bərabərliyi – 20 mart, saat 19:33.
Yay fəsli – yay günəş duruşu – 21 iyun, saat 07:32. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Payız fəsli – payız gecə-gündüz bərabərliyi – 23 sentyabr, saat 05:03.
Qış fəsli – qış günəş duruşu – 22 dekabr, saat 01:48. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq
