Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
KONKRET.az-ın məlumatına görə hadisə şəhərin General Zeynalov küçəsində baş verib.
1969-cu il təvəllüdlü Səidə Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadın vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə qadın yaşadığı evdə dəm qazından zəhərlənib./apa
