Gəncədə 55 yaşlı piyadanı avtomobil vuraraq öldürdübackend

Gəncədə 55 yaşlı piyadanı avtomobil vuraraq öldürdü

Gəncə şəhərində yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyit tibbi ekspertizaya aparılıb. Araşdırma zamanı onun 1966-cı il təvəllüdlü Famil Zahid oğlu Ələkbərov olduğu məlum olub.

Qeyd edək ki, qəza nəticəsində daha bir nəfər də xəsarət alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*