Gəncədə azyaşlının ölümü ilə bağlı babası DANIŞDIbackend

Gəncədə azyaşlının ölümü ilə bağlı babası DANIŞDI

Gəncə şəhərində 5 yaşlı Hüseyin Cəfərli bədbəxt hadisə nəticəsində ölüb.

Onun ölümü ilə bağlı babası Etibar Cəfərli Konkret.az-ın yerli bürosuna bildirib ki, nəvəsi həkim səhlənkarlığından həyatını itirib:

“Uşağa ilkin tibbi yardım göstərilməyib. Uşaq orada ağlayıb və şokolad kağızı nəfəs borusuna yığışıb. Onu anında deşməli idilər və ya təcili olaraq başqa xəstəxanaya göndərməliydilər. Uşaq yeriyərək gedib ora. Daşkəsəndən gələndə vəziyyəti ağır olmayıb.”

2 saylı Birləşmiş Xəstəxanadan isə bildirilib ki, azyaşlı xəstəxanaya gec gətirilib və səhəti ağır olub.

Məlumat üçün bildirək ki, Hüseyn Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin üç övladından biri idi.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*