backend

Gəncədə idarəetmədən çıxan avtomobil bazarın 2 mühafizəçisini vurdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin “Kolxoz Bazarı” adlan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Priora” markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil bazarın 2 mühafizəçisini vuraraq onlara xəsarət yetirib. Hadisə zamanı sürücü də xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*