Gəncə Şəhər Birləşmiş Xəstəxanasının sabiq direktoru İlkin İsmayılov yeni vəzifəyə təyin olunub.
KONKRET.az xəbər verir ki, teleqraf-ın əldə etdiyi məlumata görə, o, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində müəllim, fakültənin nəzdində fəaliyyət göstərən klinikada isə cərrah kimi fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, İ. İsmayılov bir neçə ay öncə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsindən azad edilmişdi.
