Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qərargah rəisi general-mayor Anatoli Sidorov Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində aktivliyin nəzərə çarpdığını qeyd edib. KONKRET.AZ xəbər verir ki, Moskva-İrəvan-Minsk-Nur-Sultan-Bişkek videokörpüsü zamanı Sidorov bildirib ki, tənzimlənməyən münaqişənin mövcudluğu KTMT üzvü olan ölkələrə ciddi təhlükə yaradır.
“Qafqazda KTMT üzv ölkələrinin təhlükə mənbələrindən biri Qarabağ münaqişəsidir. Tənzimləmənin siyasi prosesləri münaqişə iştirakçıları və beynəlxalq təşkilatlar sayəsində aktivləşib”, – deyə Sidorov vurğulayıb.
Amma onun sözlərinə görə, atəşin tam dayandırılması üçün hələ çox iş görmək lazımdır.
KONKRET.AZ
