Ukraynanın xəbər saytları Rusiya ordusunda xidmət edən Mərkəzi Hərbi Dairənin 41-ci Birləşmiş Silahlı Qüvvələrinin komandanı Andrey Suxovetskinin öldürüldüyünü iddia edib. Bu xəbər beynəlxalq mətbuatda “Putin üçün böyük zərbə” kimi qiymətləndirilsə də, onun ölüm xəbəri Rusiya ordusu arasında “demotivator” kimi şərh edilir.
Generalın ölümünü artıq Rusiyanın məğlubiyyətinin ayaq səsləri kimi qiymətləndirmək olarmı?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Yusif Bağırzadə cavablandırıb.

O bildirib ki, bu, İkinci Dünya müharibəsindən sonra öz miqyasına görə ən qanlı müharibədir:
“Rusiya başqa dövlətin ərazisində işğalçı müharibə aparır. Bu müharibədə hərbi itkilərin olması mümkündür və tamamilə təbiidir. Burada qeyri-adi heç nə yoxdur. Müharibədə əsgər, zabit, generalların ölümü adi haldır. Ukrayna xalqı hələlik Rusiyanın işğalı qarşısında dirənir və güc göstərir. Bu gün artıq NATO ABŞ-ın yanındadır. Bu müharibə ABŞ və Avropa İttifaqının əlinə bir növ fürsət kimi düşüb. Çünki Rusiyaya qarşı böyük sanksiyalar tətbiq etməklə onu çökdürmək üçün üçün müharibə yaxşı əsas oldu. Rusiya da özlüyündə böyük dövlətdir. O, sanksiyaların qarşısında hələlik dayanır. Lakin həm müharibələr, həm sanksiyalar onun çöküşünü yaıxnlaşdırır və bu bir gün baş verəcək”.
Politoloqun fikrincə, növbəti mərhələdə ABŞ da Rusiyaya tətbiq edilən sanksiyaların sərtləşdirilməsi istiqamətində addımlar atacaq:
“NATO və Avropa İttifaqında təmsil olunan digər dövlətlər təcazvüzçü Rusiyaya hərbi müdaxilə etməyəcək. Onlar yalnız sanksiyalarla kifayətlənəcək. Putin hələ də inadından dönmək istəmir. O, Ukraynada hakimiyyətin dəyişməsini istəyir. Əgər Putin qalib gəlsə, Ukraynada hakimiyyətə kim gələcək hələlik bəlli deyil. Sonradan Krım və Donbasın müstəqilliyi bəyan ediləcək. Müharibə yeni başlayanda 7-10 günə bitəcəyinə və Ukrayna ordusunun kapitulyasiya aktına imza atacağına dair fikirlər səsləndirilirdi. Lakin bu baş vermədi. Bu, o deməkdir ki, Rusiyanın planı işləmədi. Qeyd etdiyim kimi başqa dövlətin ərazisinə girən dövlətin ordusunun marşalı da, generalı da öldürüləcək. Bu, müharibənin qayda qanunudur. Qəhrəman Ukrayna xalqı öz gücünü göstərir”.
Şəbnəm Mehdizadə
KONKRET.az

Yanlış analiz, əsas nəticə belə olacaq
1.Qara Dənizdə Hakimiyyət Rusiyanın olacaq
2. Orta Asiya və Qafqaza hərbi müdaxilə olacaq
3. qalan şeylər aydındır