Generalın qardaşının əvəzedicisi də İŞDƏN ÇIXARILDIbackend

Generalın qardaşının əvəzedicisi də İŞDƏN ÇIXARILDI

Sabunçu Tibb Mərkəzinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Cahangir Həsənov işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin direktoru Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov idi. O, bir müddət əvvəl işdən çıxarılmış və vəzifəsinin icrası müvəqqəti olaraq Cahangir Həsənova həvalə edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*