Gərgin döyüşlər gedir, ruslar ciddi itkilər verir – Britaniyabackend

Gərgin döyüşlər gedir, ruslar ciddi itkilər verir - Britaniya

Donetsk vilayətinin Pavlovka və Uqledar rayonlarında intensiv döyüşlər gedir. Rusiya regionun şimalına hücum etmək üçün cəbhənin bu hissəsini ələ keçirmək istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

Donetsk vilayətinin cənub-mərkəz hissəsində yerləşən Pavlovka və Uqledar şəhərlərinin ətrafı son iki həftə ərzində gərgin döyüşlərə səhnə olub. Bu ərazilər dəfələrlə əldən-ələ keçib. Rusiya və Ukrayna cəbhənin bu hissəsinə xeyli sayda qüvvə cəmləşdirib. Bununla yanaşı, Rusiya dəniz piyadaları burada ciddi itkilər veriblər”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*