Gimnastlarımız beynəlxalq yarışda 9 medal qazandılarbackend

Gimnastlarımız beynəlxalq yarışda 9 medal qazandılar

Azərbaycan yığması iyunun 1-2-də Budva şəhərində keçirilən bədii gimnastika üzrə “Montenegro Cup”da uğurlu çıxış edib.

KONKRET.az xəbər verir ki, təmsilçilərimiz beynəlxalq yarışda 7 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Böyük yaş qrupunda Mədinə Dəmirova çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gənclər arasında isə çoxnövçülükdə Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı isə bürünc qazanıb.

Yığmamız yeniyetmə yaş qrupunda daha uğurlu nəticələrə imza atıb. Məryəm Baloğlanova və Nur Sadıqova halqa, top və gürzlərlə çıxışda hərəyə 3 qızıl qazanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*