Gömrük komitəsinin 3 əməkdaşına general-mayor rütbəsi verildibackend

Gömrük komitəsinin 3 əməkdaşına general-mayor rütbəsi verildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

KONKRET.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Xəlilov Təmkin Həsən oğlu – Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Novruzov Qulu Novruz oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*