Goranboy rayonunda 30 yaşlı kişinin əmisi oğlu tərəfindən bıçaqlandığı məlum olub.
KONKRET.az xəbər verir ki, Meşəli kənd sakini, 1990-cı il təvəllüdlü Sənan Əli oğlu İsmayılov əmisi oğlu tərəfindən bıçaqlanıb.
Hadisəni törədən şəxsin Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Qeyd edək ki, 2 bıçaq xəsarəti alan S.İsmayılovun müalicəsi Goranboy rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.