Goranboyda ağır qəza: Xəsarət alan varbackend

Goranboyda ağır qəza: Xəsarət alan var

Goranboyda idarəetmədən çıxan avtomobil yol kənarına düşüb.

KONKRET.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə az öncə Goranboy-Tərtər avtomobil yolunun Xanqərvənd kəndi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, idarəetmədən çıxan avtomobilin yol kənarına düşməsi nəticəsində iki nəfər kişi ağır yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*