Goranboyda baş verən qəzada ölənin şəxsiyyəti məlum oldu – YENİLƏNİBbackend

Goranboyda baş verən qəzada ölənin şəxsiyyəti məlum oldu - YENİLƏNİB

Goranboy rayonunun Zeyvə kəndində baş verən ağır yol qəzasında ölən və xəsarət alan bir nəfərin şəxsiyyəti məlum olub.

KONKRET.az-ın məlumatına görə, avtomobilin aşması nəticəsində 1938-ci il təvəllüdlü Nuridə Elyasova vəfat edib, 1950-ci il təvəllüdlü Səyalı Mustafayeva və daha 2 nəfər xəsarət alıb.

***

23:51

Goranboy rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Zeyvə kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*