Goranboy rayonunun Nizami kəndindəki ikimərtəbəli evlərdən birində yanğın olub, 1 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 1959-cu il təvəllüdlü Yusibova Maya Abduləli qızı tüstüdən boğularaq dünyasını dəyişib.
Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.//Report
