Gorus “meri” Karen Koçaryan şikayətlənib.
KONKRET.az xəbər verir ki, Gorusa “mer” təyin edilən Karen Koçaryan azərbaycanlılara əməlli-başlı paxıllıq edib. O, erməni hökumətinin məsuliyyətsizliyindən gileylənib.
“Mən bilmirəm niyə biz azərbaycanlılar kimi müdafiə strukturları tikmirik. Bunu yuxarıda oturan rəhbərlər bilməlidir. Qışda əsgərlərimizin yanına gedə bilmək üçün yolları belə təmir etmirik. İlk gündən onlar (Azərbaycan hərbçiləri – red.) Kaçal dağında mövqe tutublar və bütün əraziyə nəzarət edirlər”.
Koçaryan daha sonra Azərbaycanın gördüyü işlərdən, çəkdiyi yollardan danışıb. “Ermənistanda niyə onlardakı (Azərbaycan) kimi yollar çəkilmir. onların zəbt etdi Gəlin sizi ora aparım, yaxından bu ərazinin şəkillərini çəkin. Onlar (Azərbaycan ordusu) müdafiə strukturları qurublar. Onların betondan və ya başqa materialdan olduğunu deyə bilmərəm, çünki bizim bu əraziyə girməyə icazəmiz yoxdur”, – deyə “mer” bildirib.
Xuraman Etibarlı
KONKRET.az
