backend

Gorus-Qafan yolunda erməni maşınları yoxlanılmır - Koçaryan

“Azərbaycan polisinin Vorotan yaxınlığında iranlı yük maşını sürücülərindən 250 dollar pul istədiyi bildirilir, amma bunun doğru olub-olmadığını deyə bilmərəm”.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bunu Gorus bələdiyyə sədrinin müavini Karen Koçaryan bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan polisi erməni nömrəli avtomobilləri yoxlamırlar.

Karen Koçaryan izah edib ki, azərbaycanlılar İrandan gələn avtomobilləri yoxlayarkən, sənədləri rəsmiləşdirir və maşınları içəri buraxırlar.

“Bütün bu proses Ermənistan vətəndaşlarına ciddi psixoloji təsir göstərir”, – deyə Koçaryan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*