Bu gündən Gorus-Qafan yolunun Azərbaycan hissəsində gömrük keçid məntəqəsi işə başlayır.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
A.Qriqoryan qeyd edib ki, bu gecə 00:00-dan etibarən Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində gömrük keçid məntəqəsi fəaliyyətə başlayacaq.
Ermənistan buna uyğun addımlar atmağa başlayıb.
Xuraman Etibarlı
KONKRET.az
