Göyçayda yeniyetmə bıçaqlandıbackend

Göyçayda yeniyetmə bıçaqlandı

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində Göyçay sakini 2008-ci il təvəllüdlü Cəfərov Nihat Yavər oğlu bıçaq yarası ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Tibbi müdaxilə olunan yeniyetmənin vəziyyətinin orta ağır olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Apa-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən yeniyetmə saxlanılaraq izahatı alınıb. Müvafiq ekspertiza təyin olunub və hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*