Göyçayda yol qəzasında qardaşlardan biri öldü, digəri yaralandıbackend

Göyçayda yol qəzasında qardaşlardan biri öldü, digəri yaralandı

Göyçayda baş verən yol qəzasında xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

KONKRET.AZ xəbər verir ki, bu, Göyçay rayonunun Mallı-Şıxlı kənd sakini, 1993-cü il təvəllüdlü İsmayılzadə Məbud Nizami oğludur.

Onun qardaşı, 1989-cu il təvəllüdlü İsmayılzadə Pərviz Nizami oğlu isə ağır xəsarət alıb. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

***19:40

Göyçay rayonunda yol qəzası baş verib.

Hadisə Göyçay-Ucar avtomobil yolunun üçüncü kilometrliyində qeydə alınıb.

Belə ki, “QAZel” markalı yük maşını “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*