Göygöldə “KamAZ” aşdı – Xəsarət alanlar varbackend

Göygöldə “KamAZ” aşdı - Xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Murovdağ adlanan hissəsində qeydə alınıb.

Hərəkətdə olan “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı maşında olan sərnişin Ramal İsrafilov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, yük maşınının ərazidə iş aparan şirkətlərdən birinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*