Ermənistanın Armavir vilayətində yerləşən Sərdarapat istiqamətinə gedən yol üzərindəki yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı məlumat avqustun 6-da saat 12:25-də daxil olub. Dərhal əraziyə iki yanğın-xilasetmə briqadası cəlb edilib.
İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər xəsarət alıb.
Hadisənin səbəbləri araşdırılır.
Natiq Səlim,
KONKRET.az
