Ukrayna məhkəməsi bu gün ölkənin ABŞ-dakı keçmiş səfiri Olqa Stefanişina üçün həbs-qətimkan tədbiri təyin edəcək.
KONKRET.az bakuppst.az-a istinadla xəbər verir ki, prokuror 13,3 milyon qrivna (təxminən 506.455 manat) girov tələb edir.
Lakin Stefanişinanın vəkili məhkəmədən məbləğin 10 milyon qrivnaya (təxminən 380.000 manat) endirilməsini xahiş edib.
O, buna əsas kimi ABŞ-dan Ukraynaya qayıtmaq və məhkəmə prosesi ilə bağlı çəkilən xərcləri əsas gətirib.
Qeyd edək ki, dünən Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu Stefanişinaya qarşı qanunsuz varlanma ittihamı irəli sürüb.
Stefanişina Ukrayna Prezidenti Vladimir Zelenskinin əmrilə avqustun 3-də səfir vəzifəsindən azad edilib.
