Gözlənilən sürprizlər: Barak Obama Ermənistana niyə səfər edəcək?backend

Gözlənilən sürprizlər: Barak Obama Ermənistana niyə səfər edəcək?

Artıq dörd aydır ki, Qabaqcıl Texnoloji Müəssisələr Birliyi ABŞ-ın keçmiş prezidenti Barak Obamanın ofisi ilə İrəvanda keçiriləcək XXIII Beynəlxalq WCIT 2019 Forumunda (İT Dünya Forumu) ABŞ-ın keçmiş prezidentinin tədbirdə iştirakı barədə danışıqlar aparır. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, bunu forumun təşkilatçısı, aparıcı İT Müəssisələri Birliyinin sədri Aleksandr Yesayan deyib. “Bu anda, daha çox şey deyə bilmərik, amma bir şey söyləyəcəyəm – sürprizlər gözlənilir”,-deyə Yesayan vurğulayıb. Qeyd edək ki, “WCIT 2019” Forumu 6-9 oktyabr tarixlərində İrəvanda keçiriləcək. Forum Ermənistan hökumətinin himayəsi və dəstəyi ilə keçirilir. “WCIT 2019” Forumu Qabaqcıl Texnologiya Müəssisələri Birliyi tərəfindən təşkil olunur.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*