Güclü qar ucqar dağ kəndi Buduqla əlaqəni kəsdi – VİDEObackend

Güclü qar ucqar dağ kəndi Buduqla əlaqəni kəsdi - VİDEO

Bütün bölgələrdə olduğu kimi Qubada da müşahidə olunan qarlı-şaxtalı hava hərəkəti iflic edib. Xüsusən ucqar kəndlərə gedən yollar buz bağladığından keçilməz olub.  Ən çox qar isə həmişəki kimi ucqar dağ kəndi  Buduq və Xaltana yağıb.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, həmçinin Qırız, Xınalıq, Haput kəndlərində qarın hündürlüyü 20 santımetri keçib. Hazırda Qubada ən aşağı tenperatur mənfi -13 dərəcə olmaqla Qrız kəndində müşahidə edilir. Qarın yağması nəticəsində Buduq kəndi ilə nəqliyyat əlaqəsi bir neçə saatlıq da olsa kəsilib.

Mövcud vəziyyətlə bağlı Quba 5 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Çətin hava şəraiti olmasına baxmayaraq yollar qardan təmizlənib və nəqliyyatın hərəkəti bərpa edilib.

Qurumdan hava şəraiti ilə əlaqədar yolların təmizlənməsi prosesinin davam etdiriləcəyini də bildiriblər.

Emin Kərimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*