Güclü yağış 17 nəfərin həyatına son qoydubackend

Güclü yağış 17 nəfərin həyatına son qoydu

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinə yağan güclü yağışlar 17 nəfərin həyatına son qoyubş 

KONKRET.az xəbər verir ki, əyalətin bəzi bölgələrində, xüsusilə Peşavar, Aşağı Dir və Bacaurda güclü yağışlar nəticəsində evlərin damları uçub, bəzi evlər isə sürüşmə nəticəsində torpaq altında qalıb.

Axtarış-xilasetmə qrupları əyalətdə 17 nəfərin həyatını itirdiyini, 23 nəfərin isə yaralandığını açıqlayıb. Səlahiyyətlilər yaralıların müalicə altına alındığı barədə məlumat paylaşıblar.

Ərazidə fövqəladə vəziyyət elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*