Güləşçimiz dünya çempionu oldubackend

Güləşçimiz dünya çempionu oldu

Azərbaycan sərbəst güləşçisi Əliabbas Rzazadə Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

KONKRET.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Qırğızıstan təmsilçisi Bekbolot Mirzanazarla qarşılaşıb.

Gərgin keçən dueldən 7:6 hesabı ilə qalib ayrılan pəhləvanımız mundialın qızıl medalını qazanıb.

Qeyd edək ki, bu gün yığmamızın üç üzvü – Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq) və Əşrəf Aşırov (79 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*