Güllələnən ekstrasensin görüntüləri: Evlərdən cadu çıxarırmış – VİDEObackend

Güllələnən ekstrasensin görüntüləri: Evlərdən cadu çıxarırmış - VİDEO

Xəbər verdiyimizkimi, tanınmış ekstrasens Nadim Əlixanov Rusiyada güllələnib.

KONKRET.AZ xəbər verir ki, dünən 34 yaşını qeyd edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində toplaşıb.

Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb. Güllə Əlixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.

Nadim Alixanovun qardaşı Nofiq Alixanov faktı təsdiqləyib. O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib. Məlumatı baku.ws saytı yayıb.

Ekstrasensin sosial şəbəkələrdə videoları da yayılıb. Belə ki, onun Rusiyada yaşayan azərbaycanlıların evindən cadu çıxardığı və tez-tez bu videoları paylaşdıqları məlum olub.

Videoların bəzilərini təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*