Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imişbackend

Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi – 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı ov tüfəngi ilə yaralayıb.

Güllə yarası alan riyaziyyat müəllimi əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir. O, Ucar bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir.

Məlumata görə, Şəhla Kamilovanın əmisi Vəfadar Kamilov bir neçə il öncə faciəvi şəkildə vəfat edib.\\Unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*