Günəşlidə 32 yaşlı qadın bıçaqlandıbackend

Günəşlidə 32 yaşlı qadın bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci təvəllüdlü Əliyeva Gülnar Qabil qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətirilib.

Müayinə zamanı onun bədənində çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

Yaralı dərhal əməliyyat olunub, vəziyyəti ağırdır.

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*