Günün hədəsi: “ASALA terrorçuları Qarabağa gəlir” – Gələcəkləri varsa, görəcəkləri də varbackend

Günün hədəsi: "ASALA terrorçuları Qarabağa gəlir" - Gələcəkləri varsa, görəcəkləri də var

Rusiyalı teleaparıcı Roman Babayan gözlənilmədən Yaxın Şərqdən gətirilən erməni silahlılarının işğal edilmiş Qarabağa göndərildiyi faktını açıb.

Öz tok-şousunda bu barədə danışan erməni əsilli aparıcı növbəti dəfə ant-Azərbaycan isterikasına qapılıb və canlı yayımını effektiv sonluqla yekunlaşdırmaq istəyərək monoloq söyləyib.

Babayan “oraya bütün dünya erməniləri gedir” deyə bir az Azərbaycana hədə, bir az da öz xalqına təsəlli tonunda danışıb.

Güman olunur ki, teleaparıcı bədnam ASALA terrorçularını nəzərdə tutur.

Maraqlıdır ki, gün ərzində yüz dəfə Azərbaycanın Suriyadan muzdlu döyüşçü gətirdiyi barədə dəlilsiz-sübutsuz, əfsanələr uyduran, hərb meydanındakı məğlubiyyətlərini bununla izah edən ermənilərin özləri məhz xaricdən gələn peşəkar döyüşçülərə güvəndiklərini gizlətmirlər.

Ancaq üstümüzə kum gəlir, gəlsin, məşhur zərbül-məsəldə deyildiyi kimi, gələcəkləri varsa, görəcəkləri də var. Bir “Harop”luq canı olan döyüşçülərdən mini birdən gəlsin.

Musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*