“Gürcü Arzusu” yerli seçkilərdə qalib gəldi – Qaribaşvilibackend

“Gürcü Arzusu" yerli seçkilərdə qalib gəldi - Qaribaşvili

“İlkin məlumatlara əsasən, biz bütün bələdiyyələrdə qalib gəlmişik”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

O, seçicilərə səsvermədə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

“İkinci turda qələbə münasibətilə sizi təbrik edirəm. Seçkilər çox yaxşı və sakit mühitdə keçib”, – İ.Qaribaşvili deyib.

Baş nazir “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladzeni Tbilisi meri seçilməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, “Gürcü Arzusu”nun liderləri və tərəfdarları partiyanın Tbilisidəki baş ofisinin qarşısında seçkilərdə qələbəni qeyd edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*