Gürcüstan parlamentinin deputatı, “Lelo Gürcüstan üçün” partiyasının rəhbəri Mamuka Xazaradze mandatından imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, Tiflisdə parlament binası qarşısında keçirilən mitinqdə çıxışı zamanı deyib.
“Sizinlə birgə küçədə mübarizə aparmaq üçün parlamenti tərk edirəm. Parlament mahiyyətini itirib”, – deyə o bildirib.
Qeyd edək ki, Xazaradze 2020-ci ilin oktyabrında keçirilən seçkilərdə deputat mandatını əldə etmişdi./axar.az
