Gürcüstan Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması istiqamətində vasitəçiliyini təklif edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Gürcüstan vasitəçiliyə hazırdır:
“Biz bunda maraqlıyıq. Əgər Gürcüstan vasitəçi olsa, biz gərginliyin azaldılması üçün öz töhfəmizi verəcəyik”, – o, bildirib.//Report