Gürcüstan müxalifəti paytaxt Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir.
KONKRET.az xəbər verir ki, mitinqdə Vahid Milli Hərəkat Partiyası, “Lelo”, “Droa” və Avropalı Gürcüstan Partiyasının liderləri və tərəfdarları iştirak edirlər.
Müxalifət ötən gün baş tutmuş yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turunun nəticələrini tanımır.
Aksiyada müxalifət gələcək fəaliyyət planını açıqlayacaq.
Parlament və hökumət binasının yaxınlığına əlavə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, ötəngünkü seçkilərin nəticələrinə əsasən, hakim Gürcü Arzusu Partiyası 20 şəhər və bələdiyyənin 19-da səs çoxluğu ilə müxalifətə qalib gəlib.“Report”
