Gürcüstan parlamentinin səkkiz deputatından ibarət nümayəndə heyəti Ukraynaya yollanacaq.
“Report”un yerli bürosu xəbər verir ki, nümayəndə heyətinə spiker Şalva Papuaşvili başçılıq edəcək.
Heyətə vitse-spikerlər – David Sergeyenko, Arçil Talakvadze və Levan İoseliani, həmçinin deputatlar – Anna Natsvlişvili, Vaxtanq Maqrelişvili, Xatuna Samnidze və Giorgi Xocevanişvili daxil olacaq.
Nümayəndə heyətinin Ukraynaya sabah yola düşəcəyi gözlənilir.
