Gürcüstan patriarxından cəbhədəki qarşıdurma ilə bağlı BƏYANATbackend

Gürcüstan patriarxından cəbhədəki qarşıdurma ilə bağlı BƏYANAT

Gürcüstanın katolikos-patriarxı II İlya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən gərginliklə əlaqədar bəyanat yayıb.

KONKRET.az xəbər verir ki, bəyanatda Cənubi Qafqaz regionunda sülhün bərqərar olunmasının vacibliyi vurğulanıb.

“Ermənistanla Azərbaycan arasındakı son qarşıdurma xəbərini çox narahatlıqla öyrəndik. Bu bizim üçün xüsusilə ağrılıdır, çünki hər iki ölkənin qonşusu və dostuyuq. Gürcüstanda bir çox azərbaycanlı və erməni yaşayır.

Ümid edirik ki, hər iki ölkənin səlahiyyətliləri və beynəlxalq ictimaiyyət vəziyyətin kəskin şəkildə pisləşməsinə imkan verməyəcək. Bu, Qafqazda və bütün dünyada böyük bir problemə çevrilə bilər. Tanrıdan Ermənistana, Azərbaycana və bütün Qafqaza sülh bəxş etməsini diləyirik”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*