Gürcüstan-Rusiya yolu tamam bağlandıbackend

Gürcüstan-Rusiya yolu tamam bağlandı

Gürcüstandan Rusiyaya gedən yol qar uçqunu təhlükəsi səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Qadağa beynəlxalq əhəmiyyətli Msxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi məntəqəsinə şamil edilib.

Qeyd edək ki, bundan öncə Gürcüstan Hərbi yolu buzlanma səbəbindən ağırtonnajlı maşınlar üçün qadağan edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*