“Gürcüstan və Ermənistanda artır, bizdə niyə azalır?” – Natiq Cəfərlidən kəskin etirazbackend

"Gürcüstan və Ermənistanda artır, bizdə niyə azalır?" - Natiq Cəfərlidən kəskin etiraz 

Rəsmi statistikaya əsasən, bu il ölkəyə səfər edən turistlərin sayı ötən dövrlə müqayisədə 11% azalıb. Bakıdakı hotellərdə isə azalmanın 30%-dən çox olduğu bildirilir.

Azərbaycan Turizm Agentləri Assosiasiyasının İdarə Heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, mövcud vəziyyəti təhlükəli tendensiya kimi qiymətləndirmək düzgün deyil. Sitat:

“Turistlərin sayındakı azalmada qorxulu bir məqam yoxdur. Bəziləri bu məsələni həddindən artıq şişirdirlər. Dünyada baş verən müharibələr, iqtisadi böhranlar və digər fors-major hallar turizmin inkişafına təbii şəkildə təsir göstərir”.

Rəsmilər nə istəyir desin, problem yoxdur, sadəcə bizi ağılsız hesab etməsin – bu insana çox pis təsir edir.

Bu ilin ilk 6 ayında Gürcüstanda, Ermənistanda turist sayı artıb, rəsmi şəxsin dediyi məsələlər niyə onlara təsir göstərmir, bizə təsiri ciddidir?! Nədən insanları məntiqsiz, avam sayırsız?!

Natiq Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*